AZ

Tramp Putindən atəşkəs istədi, Putin razılaşdı

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən "bir həftə ərzində Ukraynaya atəş açmamağı" xahiş etdiyini və Putinin də razılaşdığını bildirib.

Turkustan.az xəbər verir ki, Ağ Evdə narkotiklərlə mübarizə ilə bağlı fərman imzaladığı tədbirdə ABŞ Prezidenti Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib.
Tramp bildirib ki, həddindən artıq soyuq hava səbəbindən Putindən "bir həftə Ukraynaya hücum etməməyi" xahiş edib və Putin də razılaşıb.

ABŞ prezidenti həmçinin Əbu-Dabidə davam edən sülh danışıqlarında "böyük irəliləyiş" əldə edildiyini bildirib və müharibənin bitəcəyinə dair nikbinliyini ifadə edib.

Oval Ofisdə iştirak edənlər arasında olan Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff da danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildirib və bu irəliləyişin Trampın sayəsində olduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
73
26
turkustan.az

10Mənbələr