Bakı, 30 yanvar, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha səkkiz qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Atlanta Hoks”la qarşılaşıb. Görüş qonaqların 104:86 hesablı qələbəsi ilə bitib.
Hazırda “Hyuston Rokets” Qərb Konfransının turnir cədvəlində dördüncü, “Atlanta Hoks” isə Şərq Konfransında doqquzuncudur.
Matçların nəticələri
“Filadelfiya” – “Sakramento” – 113:111
“Atlanta Hoks” - “Hyuston Rokets” – 86:104
“Dallas” - “Şarlott Hornets” – 121:123
“Finiks Sanz” - “Detroit Pistons” – 114:96
“Vaşinqton Uizards” - “Miluoki Baks” – 109:99
“Çikaqo Bullz” - “Mayami Hit” – 113:116
“Denver Naqqets” - “Bruklin Nets” – 107:103
“Minnesota” - “Oklahoma Siti Tander” – 123:111.