AZ

Maya dəyəri 4 5 dollar olan telefonlar mağazalarda 60 70 manata təklif olunur

ain.az bildirir, Marja.az portalına istinadən.

Ölkədə 2026-cı ilin ilk günündən etibarən vergi sahəsində bir sıra dəyişikliklər qüvvəyə minib. O cümlədən, 2026-cı il yanvarın 1-dən etibarən ölkəyə idxal edilən hər bir mobil telefona 20 manat aksiz vergisi tətbiq olunmağa başlayıb. 

Mobil telefon biznesi ilə məşğul olan sahibkar Marja.az-a müraciətində bildirib ki, prinsip etibarilə, bu qərarı smartfonlar üçün məntiqli hesab etmək olar. Lakin knopkalı (sadə) telefonlar üçün həmin məbləğin tətbiqi real bazar şərtləri ilə uzlaşmır.

Belə ki, bəzi knopkalı telefonların faktura (invoice) dəyəri cəmi 4–5 ABŞ dolları təşkil edir. Bu məbləğin üzərinə gömrük rüsumu, ƏDV və aksiz vergisini əlavə edildikdə, sadə bir knopkalı telefonun maya dəyəri 40 manatı keçir. Sahibkar olaraq minimal marja tətbiq edildikdə belə, həmin telefonun topdansatış qiyməti təxminən 45 manata yüksəlir. Nəticədə isə maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur.

Bu vəziyyət həm sahibkarlar üçün iqtisadi cəhətdən əlavə yük yaradır, həm də aşağıgəlirli istehlakçıların əsas ehtiyac məhsullarına çıxışını çətinləşdirir. Xüsusilə yaşlı insanlar, regionlarda yaşayan əhali və yalnız zəng və mesaj üçün telefon istifadə edən vətəndaşlar üçün bu qiymətlər yüksək olur.

Azərbaycanda Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, hüquqi şəxslər tərəfindən satış məqsədilə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunur.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
marja.az

10Mənbələr