AZ

Kallas “ağıllanacağını” vədETDİ

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tarixlə bağlı çoxlu kitablar oxuduğunu bildirib və bunun nəticəsində “çox ağıllı” olacağına ümid etdiyini deyib.

Redaktor.az xəbər verir ki, o, bu fikirləri Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirib.

“Oxuduğum kitabların siyahısı kifayət qədər uzundur. Hazırda konkret hansı kitabı oxuduğumu deməyəcəyəm, amma bu, müxtəlif regionların tarixi ilə bağlıdır. Oxuyub bitirdikdən sonra çox ağıllı olacağam”, – deyə Kallas jurnalistlərdən birinin ona Suriya tarixi ilə bağlı kitab hədiyyə etməyi təklif etməsinə cavab olaraq bildirib.

Nuriyyə NATİQQIZI

Seçilən
53
50
redaktor.az

10Mənbələr