AZ

Azərbaycanda nəqliyyat infrastrukturunun formalaşması regional üstünlüklərdən irəli gəlir ŞƏRH

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycanın nəqliyyat və logistika qovşağı kimi mövqeyi rəqəmsal texnologiyalar vasitəsilə daha da gücləndirilə bilər.

Nəqliyyat üzrə ekspert Aslan Əsədov AZƏRTAC-a açıqlamasında bildirib ki, ölkəmizin bu sahədə mövqeyinin möhkəmləndirilməsi üçün bir neçə əsas üstünlük mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanda nəqliyyat infrastrukturunun formalaşması regional üstünlüklərdən irəli gəlir.

Ekspert qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi “Şimal–Cənub” və “Şərq–Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Ölkəmiz Şərqlə Avropa arasında tranzit ölkə, eyni zamanda, Şərqin qapısı rolunu oynayır. Azərbaycandan keçən marşrut xətləri həm tarixi İpək Yolunu, həm də “Şimal–Cənub” dəhlizini əhatə edir ki, bu da məsafənin qısalmasına imkan yaradır. İkinci mühüm üstünlük relyeflə bağlıdır. Azərbaycan ərazisindən keçən yollar əsasən düz və rahat profillidir. Yol mailliyinin 0,5 faizdən yuxarı olmaması yük avtomobilləri üçün əlverişli şərait yaradır. Bu isə həm yanacağa, həm də vaxta qənaət deməkdir”, - deyə Aslan Əsədov əlavə edib.

Ekspert üçüncü əsas amil kimi sənədləşmə prosesinin çevikliyini qeyd edib. Onun fikrincə, nəzarət-buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin operativ aparılması və dayanmadan keçidin təmin olunması yükdaşımaların səmərəliliyini artırır.

Bundan əlavə, rentabellik amilinə toxunan A.Əsədov vurğulayıb ki, yüksək manevr qabiliyyətinə və gəlirliliyə malik yollar logistika baxımından daha cəlbedicidir: “Xəzər dənizi vasitəsilə Qazaxıstan və Türkmənistandan bərə yolu ilə Azərbaycana daşınan yüklərin həcminin qorunub saxlanılması da mühüm əhəmiyyət kəsb edir. Bu daşımalar yüksək rentabelliklə həyata keçirilir və sahibkarlar üçün geniş imkanlar yaradır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
13
azertag.az

10Mənbələr