AZ

Qış aylarında evdə hava keyfiyyətini necə artırmaq olar?

Qış mövsümündə pəncərələrin daha az açılması ev daxilində hava keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.


Pravda.az bildirir ki, bu dövrdə evdə toz, allargenlər, bakteriyalar və xoşagəlməz qoxular daha çox toplanır, bu da sağlamlığa mənfi təsir göstərir.


Mütəxəssislərin tövsiyəsinə görə, qış aylarında belə ev mütəmadi olaraq havalandırılmalıdır. Pəncərələri gün ərzində qısa müddətə açmaq köhnəlmiş havanın yenilənməsinə kömək edir. Eyni zamanda, havalandırma sistemləri və mətbəx aspiratorlarından düzgün istifadə etmək də vacib sayılır.


Hava keyfiyyətinin yaxşılaşdırılması üçün evdə təmizliyə xüsusi diqqət yetirilməli, HEPA filtrli tozsoranlardan istifadə olunmalıdır. Bundan başqa, kondisioner və istilik sistemlərinin filtrləri mütəmadi dəyişdirilməlidir. Kimyəvi tərkibli ətirli şamlar və sprey məhsulların istifadəsi isə minimuma endirilməlidir.

 

Mütəxəssislər evdə rütubət səviyyəsinin 30–50 faiz arasında saxlanmasını da tövsiyə edir. Düzgün nəm balansı tənəffüs yollarının qorunmasına və daha sağlam hava mühitinin formalaşmasına kömək edir.


Əminə Bayramova 

Tarix: 30 Yanvar 2026, 10:44   
Seçilən
39
34
pravda.az

10Mənbələr