AZ

Şəhərin bəzi mərkəzi küçələrində tramvay xətti çəkmək mümkündür Nəqliyyat ekspert

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Məlum olduğu kimi, metronun, avtobusun keçməsi çətin olan yerlərdə tramvay çəkiləcək. Tramvay xətlərinin bərpası üçün bir sıra küçələrdə plan üzrə tədqiqat aparılması mümkündür”.

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib. O qeyd edib ki, 90-cı illərə qayıdıb bu planla hərəkət etmək mümkün deyil. Çünki artıq bəzi küçələr buna imkan vermir. Köhnə tramvay xətlərinin olduğu ərazilərin çoxunda yaşayış və iaşə obyektləri tikilib. Ona görə də orada tramvay xəttlərinin çəkilməsi mümkünsüzdür. Bu, nəqliyyatın hərəkətini poza bilər. Lakin şəhərin bəzi mərkəzi küçələrində tramvay xətti çəkmək mümkündür.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
8
525.az

8Mənbələr