AZ

ABŞ-də güclü şaxtalar nəticəsində ölənlərin sayı 85-ə çatıb

ABŞ-da güclü şaxtalar səbəbindən həyatını itirənlərin sayı 85 nəfərə yüksəlib.

Milli.Az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Bildirilib ki, Texasdan Nyu-Cersi ştatına qədər soyuq hava şəraitindən zərər çəkən bölgələrdə azı 85 nəfər ölüb. Ölüm hallarının təxminən yarısı Tennessi, Missisipi və Luiziana ştatlarının payına düşüb.

Məlumata görə, ölkədə eyni zamanda elektrik enerjisinin verilməsində ciddi fasilələr davam edir. Güclü şaxtalar bir sıra ştatlarda infrastrukturun fəaliyyətinə mənfi təsir göstərib. Qeyd olunur ki, aidiyyəti qurumlar fövqəladə vəziyyət rejimində işləyir.

Ayxan
Milli.Az

Seçilən
32
50
milli.az

10Mənbələr