AZ

Dünya Bankı Azərbaycana dəstəyini davam etdirir

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünya Bankı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması mexanizminin investisiya maliyyələşdirilməsi layihəsini nəzərdən keçirir.

"Report" Dünya Bankına istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 15 milyon ABŞ dollarıdır.

Onun Dünya Bankının Direktorlar Şurasında təsdiq edilməsi bu il aprel 23-nə planlaşdırılıb. Layihə bütün ölkə ərazisini əhatə edəcək, eyni zamanda maliyyə vasitəçilərinin cəlb edilməsi nəzərdə tutulmur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
17
cebheinfo.az

10Mənbələr