AZ

Türkiyədə silahlı insident: yeddi nəfər yaralanıb

Ajans.az Haber Global-a istinadənxəbər verir ki, hadisə Malatya əyalətinin Battalqazi rayonunda qeydə alınıb. Məlumata əsasən, Miraç A. iş yerində Mert Y.-yə ov tüfəngindən atəş açıb. Daha sonra hadisə yerindən qaçmağa cəhd edən şəxs yaxınlıqdakı çayxanaya daxil olaraq orada da bir neçə dəfə atəş açıb. Nəticədə Mert Y. və çayxanada olan daha altı nəfər yaralanıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra onlar Malatya şəhərində yerləşən müxtəlif xəstəxanalara çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Seçilən
52
46
Ajans.az

10Mənbələr