AZ

Fövqəladə hallar zamanı davranış qaydalarına və təxliyəyə dair təlim keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 60 ünvanında fəaliyyət göstərən “Nərgiz” Ticarət Mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq canlı qüvvə və texnikanın cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlimin nəzəri hissəsində ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada “hadisə yerinə” çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ticarət mərkəzində təxliyə planına uyğun olaraq vətəndaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət alanlara “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.

Təlimə ümumilikdə FHN-in 30 nəfərdən ibarət şəxsi heyəti və 4 ədəd texnikası cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
25
azertag.az

10Mənbələr