AZ

Qonşu ölkədə servis haqqı qadağan edildi

Türkiyədə restoran və ictimai iaşə obyektlərində servis haqqının alınması rəsmi olaraq qadağan edilib.

Milli.Az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi tərəfindən hazırlanmış müvafiq qanun layihəsi qüvvəyə minib.

Yeni qaydalara əsasən, restoranlar, kafelər, şirniyyat dükanları və qida-içki xidməti göstərən digər müəssisələr istehlakçılardan servis haqqı, masa haqqı, süfrə (örtük) haqqı və ya oxşar adlar altında əlavə ödəniş tələb edə bilməz.

Qərarın məqsədi istehlakçı hüquqlarının qorunması və qiymət şəffaflığının təmin edilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
2
olaylar.az

10Mənbələr