"Leypsiq"dən ayrılan Timo Verner ABŞ-ın "San-Xose Erksveyks" komandasına keçib.
QOL.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Almaniyalı futbolçunun müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Verner azad agent kimi transfer olunub.
29 yaşlı hücumçu klubda 11 nömrəli formanı geyinəcək.