Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, Stansiya Sumqayıt qəsəbəsi, Tuğ zavodu ərazisində ŞQTM-nin dəyişdirilməsi ilə bağlı qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Aparılacaq planlı texniki işlər səbəbindən bu gün saat 11:00-dan başlayaraq qeyd olunan ərazidə 1100 abonentin qaz təchizatı dayandırılacaq. Təmir işləri yekunlaşdıqdan sonra qazın verilişi əvvəlki rejimdə bərpa olunacaq.
Yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən anlayışla qarşılanması xahiş olunur.
Turab