AZ

Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Seçilən
15
50
missiya.az

10Mənbələr