AZ

Premyer Liqanın 18-ci turuna startVERİLİR

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turuna start veriləcək.

Redaktor.az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma Yevlax şəhər stadionunda saat 14:30-da start götürəcək.

Günün ikinci matçında “İmişli” “Qəbələ” səfərinə yollanacaq. Qarşılaşma Qəbələ şəhər stadionunda saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” 27 xalla turnir cədvəlinin 5-ci, “İmişli” 18 xalla 9-cu, “Qəbələ” 11 xalla 11-ci, “Karvan-Yevlax” 6 xalla sonuncu, 12-ci pillədə qərarlaşıb.

Seçilən
73
50
redaktor.az

10Mənbələr