“Ölkəmizdə əhalinin sayının 7 milyon olduğu dövrdə də 125 seçki dairəsi üzrə 125 deputat var idi. Əhalinin sayı 10 milyonu ötdükdən sonra da eyni göstəricinin qalması, şübhəsiz, tez-tez mətbuatda bu məsələni aktuallaşdırır ki, deputatların sayının artırılmasına ehtiyac var. Məntiq də bunu göstərir ki, bəli, artıq müqayisə etdiyimiz dövrdə əhalimizin sayı 3 milyondan çox artıb. Bu isə nəticə etibarilə deputat sayının artırılması ilə bağlı məsələni aktuallaşdırır, yəni müzakirələr təsadüfi deyil”.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, vaxtilə Azərbaycanda həm majoritar, həm də proporsional seçki sistemi tətbiq edilib:
“Qarışıq seçki sistemi də olub, 2002-ci ildən isə majoritar, yəni birmandatlı seçki sisteminə keçid reallaşdırılıb. Xüsusilə, müxalif partiyalar daha çox maraqlıdırlar ki, qarışıq sistem tətbiq edilsin, proporsional seçki sistemindən də istifadə olunsun. Hər kəsə bəllidir ki, bu məsələlər yalnız xalqın iradəsi ilə baş verir. Referendumun reallaşması mümkündür, amma refendum keçiriləcəyi ilə bağlı bizdə heç bir məlumat yoxdur".
Telegram kanalımız