AZ

Rusiyada donuzlar şəhəri “işğal etdi” – FOTO

Rusiyanın Sverdlovsk vilayətinin Revda şəhər sakinləri küçələrdə sahibsiz donuzların çoxalmasından şikayət ediblər. Yerli əhalinin sözlərinə görə, heyvanlar insanların əlindəki torbaları alır və uşaqları qorxudur.

Bizim.Media xəbər verir ki, bu barədə Ura.ru nəşri məlumat yayıb.

Şəhər sakinlərindən biri bildirib ki, qızı donuzlarla rastlaşmamaq üçün yolu dəyişməyə məcbur qalır.

Digər bir qadın isə qeyd edib ki, bəzi sakinlər balaca donuzlara yazığı gələrək onlara sahib çıxır, hətta heyvanı evinə aparanlar da var.
 

İctimai fəal Sergey Kalaşnikov hesab edir ki, Revda administrasiyası bu problemi çoxdan həll edə bilərdi. Onun sözlərinə görə, naməlum səbəblərdən yerli hakimiyyət məsələ ilə bağlı tədbir görməyə tələsmir.


Nəşrin yazdığına görə isə heyvanlar tamamilə sahibsiz deyil. Onların sahibi “Daşkənd” ləqəbli fermer Anatoli Lutkovdur. O, hasarsız, yarımuçuq evdə yaşadığı üçün donuzlar tez-tez şəhər ərazisinə çıxır. Məlumata əsasən, hazırda Revda şəhərində Lutkova məxsus təxminən 40 donuz var.




Bizim.Media

Seçilən
3
50
bizim.media

10Mənbələr