AZ

Avropada uğursuz gecə: “Qalatasaray” məğlub oldu, “Fənərbaxça” xal itirdi

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa turnirlərində Türkiyəni təmsil edən “Qalatasaray” və “Fənərbaxça”nın son tur oyunlarından sonra UEFA ölkə reytinqi yenilənib.

Sherg.az xəbər verir ki, “Qalatasaray” Çempionlar Liqasında səfərdə “Mançester Siti”yə 0:2 hesabı ilə uduzub və mərhələni ilk 24-lükdə başa vurub. Komanda pley-offda “Yuventus” və ya “Atletiko Madrid”lə qarşılaşacaq.

“Fənərbaxça” Avropa Liqasında FCSB ilə səfər oyununda 1:1 hesablı heç-heçə edib və mərhələni 19-cu sırada bitirib. İstanbul klubu pley-offda “Nottingem Forest” və ya “Viktoriya Plzen”lə oynayacaq.

Yenilənmiş UEFA ölkə reytinqində Türkiyə 49.525 xalla 9-cu pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
20
sherg.az

10Mənbələr