AZ

Şengen vizası diplomatik silaha çevrilir

Avropa Komissiyası yeni viza strategiyası müəyyən edib.

Publika.az xəbər verir ki, bu barədə "European Commission" məlumat yayıb.

Bildirilib ki, yeni strategiya vizaların üçüncü ölkələrə qarşı xarici siyasət aləti kimi istifadəsinə imkan verəcək.

Aİ Komissiyası xüsusən də geri qayıtma və geri qəbul, təhlükəsizlik, qanunsuz miqrasiya və miqrant qaçaqmalçılığı kimi məsələlərdə üçüncü ölkələrlə əməkdaşlığı artırmaq üçün vizalardan effektiv vasitə kimi istifadə etməyi hədəfləyir.

Yeni strategiya çərçivəsində geri qayıtma və geri qəbul məsələləri üzrə əməkdaşlıq etməyən və Aİ-nin təhlükəsizliyini təhdid edən düşmənçilik hərəkətlərində iştirak edən üçüncü ölkələr üçün viza müraciətlərinin dayandırılması və ya məhdudlaşdırılması kimi tədbirlər nəzərdən keçirilə bilər.

Seçilən
34
25
publika.az

10Mənbələr