AZ

Moskva: “İrəvanın siyasəti narahatlıq doğurur”

AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov “TASS” agentliyinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə Aİ-nin sürətlə təcavüzkar hərbi-siyasi bloka çevrilməsi və birliyin Rusiya ilə qarşıdurmaya yönəlmiş strateji kursu fonundaErmənistanın bu təşkilata üzv olmaq marağı narahatlıq doğurmaya bilməz.

“Ümid edirik ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü kimi Brüssellə məcburi yaxınlaşmanın həm müttəfiqlik münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün potensial mənfi nəticələrini anlayır”, - rusiyalı diplomat vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
13
azvision.az

1Mənbələr