2025-ci il ərzində ölkədə 225,8 min ton maye qaz istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin göstəricisinə nisbətdə istehsal həcmi 32,2 faiz artıb.
Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 2,5 min ton təşkil edib.