AZ

ABŞ THAAD raketlərinin istehsalını dörd dəfəyədək artırır

“Lockheed Martin” şirkəti və ABŞ Müharibə Nazirliyi THAAD tutucu raketlərinin istehsalınının genişləndirilməsi ilə bağlı yeni çərçivə sazişi imzalayıb.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bu saziş THAAD raketlərinin illik istehsal gücünü dörd dəfə artıraraq, 96 ədəddən 400 ədədə yüksəldir.

THAAD hava hücumundan müdafiə (HHM) sistemi qısa və orta mənzilli ballistik raket təhdidlərinin qarşısını almaq üçün hazırlanıb. Döyüş şəraitində sınaqdan keçmiş THAAD hava hədəflərini həm atmosfer daxilində, həm də atmosfer xaricində zərərsizləşdirə bilən yeganə ABŞ istehsalı sistemdir.

HHM sistemində istifadə olunan THAAD tutucu raketi 200 km uzaqlıqdakı və 150 km hündürlükdəki hədəfləri vurmağa qadirdir. Tutucu raket hədəfi başlıqlar vasitəsilə deyil, birbaşa fiziki toqquşma ilə məhv edir ki, bu da onun effektivliyini artırır.

Seçilən
15
poliqon.az

1Mənbələr