AZ

Dünyanın 30-dan çox ölkəsindən idmançılar Bakıda: AİGA turniri ilk dəfə Azərbaycanda - VİDEO

Dünyanın
Əvvəlki illərdə ABŞ və Qazaxıstanda uğurla təşkil olunmuş nüfuzlu AİGA Beynəlxalq Qrepling Turniri bu il ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Turnir 13-15 fevral tarixlərində Bakı şəhərində baş tutacaq.
Qrepling idman növü üzrə beynəlxalq səviyyədə tanınan AİGA turniri dünyanın 30-dan çox ölkəsindən peşəkar idmançıları bir araya gətirərək yüksək rəqabət, peşəkarlıq və idman ruhu ilə seçilir. Yarış günlərində idmansevərləri gərgin, dinamik və həyəcanverici qarşılaşmalar gözləyir. Turnirin təşkilatçısı olan KVAN Group şirkəti bu kimi beynəlxalq idman tədbirləri vasitəsilə cəmiyyətə töhfə verməyi, şəhər həyatını canlandırmağı, idmanın inkişafına dəstək göstərməyi və Azərbaycanı beynəlxalq idman arenasında diqqət mərkəzinə çıxarmağı hədəfləyir. Qeyd edək ki, KVAN Group daşınmaz əmlakın inkişafı sahəsində fəaliyyət göstərən şirkətdir və son dövrlərdə Bahar Residence yaşayış layihəsi ilə tanınır. Şirkətin təsisçisi Çingiz Kişiyev çıxışlarında sosial məsuliyyətin biznes fəaliyyətinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, kommersiya fəaliyyəti ilə yanaşı ictimai dəyər yaradan layihələrin dəstəklənməsinin vacibliyini qeyd edir. Son illərdə qlobal miqyasda sürətlə populyarlıq qazanan qrepling idman növü güc, çeviklik və strateji düşünmə bacarığını özündə birləşdirir. Bu xüsusiyyətlərinə görə qrepling tez-tez “idmanlar arasında şahmat” adlandırılır. AİGA kimi mötəbər beynəlxalq turnirin Azərbaycanda keçirilməsi isə ölkəmizin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirilir.

Seçilən
11
50
1news.az

10Mənbələr