AZ

Mirzoyan AŞ PA dan Bakıya səsləndi 19 NƏFƏR VƏTƏNDAŞIMIZ AZAD EDİLƏRSƏ...

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-nın qış sessiyasında çıxış edib.

Gununsesi.info  bildirir ki, Ermənistanın XİN rəhbəri çıxışında rəsmi Bakını Azərbaycanda saxlanılan 19 erməninin azad etməsinə çağırıb.

O, deyib ki, bu, Ermənistan–Azərbaycan barışıq prosesinə mühüm töhfə verə bilər.

O vurğulayıb ki, Ermənistan son illərin ağır sınaqlarına baxmayaraq şüurlu şəkildə sülh yolunu seçib və bu, Cənubi Qafqazda sabitliyə doğru irəliləyiş yaradıb.

Mirzoyan 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitini “tarixi dönüş nöqtəsi” adlandırıb.

Sammit çərçivəsində Ermənistanın Baş naziri və Azərbaycanın Prezidenti ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Eyni zamanda, Mirzoyan Azərbaycan XİN rəhbəri ilə sülh və dövlətlərarası münasibətlərə dair sazişi parafladıqlarını, sənəddə suverenlik və ərazi bütövlüyünün əsas prinsip kimi təsbit olunduğunu qeyd edib.

Nazir qeyd edib ki, bu razılaşma Ermənistan üçün onilliklər davam edən münaqişədən əziyyət çəkmiş vətəndaşlar qarşısında verilmiş ciddi bir vəddir.

Çıxışında sülh və demokratiya məsələsinə də toxunan Mirzoyan vurğulayıb ki, bunlar sadəcə verilən dəyərlər deyil, daimi qorunmalı və yenilənməlidir.

O, Avropa Şurasının regiona göstərdiyi diqqəti yüksək qiymətləndirərək, qurumun baş katibinə, AŞPA sədrinə və Assambleya üzvlərinə Ermənistan–Azərbaycan normallaşması prosesinə verdikləri dəstəyə görə təşəkkür edib. Mirzoyan bildirib ki, Ermənistan “onilliklər boyu davam edən düşmənçilik səhifəsini çevirir” və bu yolda beynəlxalq tərəfdaşların dəstəyini vacib hesab edir.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
31
icma.az

10Mənbələr