AZ

Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsindən azad olunub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov vəzifəsindən azad olunub.

Ölkə.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, A.Əzimov 4 ildən artıqdır tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, A.Əzimov 2021-ci ilin oktyabrından AXA sədrinin müavini vəzifəsində çalışırdı.

Seçilən
93
50
olke.az

10Mənbələr