AZ

Bu gün gömrükçülərin peşə bayramıdır

30 Yanvar - Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir.

Far.Az xəbər verir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Gömrük Komitəsi yaradılıb.

1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətləri üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.

Ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarətin dəstəklənməsi və təşviqi, sahibkarlar üçün asan, əlçatan xidmətlərin formalaşdırılması, gömrük işinin səmərəli və müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsi üzrə strateji hədəflər müəyyənləşdirilib.

Gömrük orqanları tərəfindən icra olunan bütün layihə və yeniliklər "Gömrük İNKİŞAF modeli" konsepsiyası əsasında hazırlanır.

Rəqəmsal həllərə, elmi nəzəriyyələrə, qabaqcıl təcrübələrə əsaslanan layihələr rəsmiləşdirmə və sərhədkeçmə proseslərinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına, vaxt və vəsaitə qənaət olunmasına şərait yaradır. "Gömrük İNKİŞAF modeli" komitənin qısa və ortamüddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi olan Gömrük Xidmətinin Fəaliyyət Proqramı üzrə nəzərdə tutulmuş layihələrin konsepsiyasıdır.

2025-ci ildə xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası həyata keçiriləcək.

Ötən il gömrük xətti ilə büdcə daxilolmalarında komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3 faiz çoxdur.

Bundan başqa, beynəlxalq əməkdaşlığın inkişafı sahəsində də ciddi tədbirlər görülür. Belə ki, bu il Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib.

Seçilən
27
50
far.az

10Mənbələr