BAKI, 30 yanvar. TELEQRAF
Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq.
Teleqraf xəbər verir ki, bu raundun püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Əsas mərhələni 10 xalla 22-ci pillədə başa vuran Ağdam təmsilçisi püşkatmada "səpələnməmişlər" səbətində yer alacaq.
"Qarabağ"ın pley-offdakı mümkün rəqibləri Fransanın PSJ və İngiltərənin "Nyukasl" klublarıdır.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsini adlayacağı təqdirdə, 1/8 finalda İspaniyanın "Barselona" və ya İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.