Azərbaycanda şair və yazıçılar yenidən qeydiyyata alınır.
KONKRET.az bildirir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyi qərar verib.
Qərara əsasən, qurumun üzvlərinin yenidən qeydiyyata alınması prosesinə start verilib.
Bildirilib ki, qeydiyyat prosesi yekunlaşana qədər üzvlük vəsiqəsinin köhnəlməsi, sıradan çıxması və ya itirilməsi hallarında yeni vəsiqələr verilməyəcək. Həmçinin bu məsələ ilə bağlı edilən müvafiq müraciətlərə baxılmayacaq.
(yeni sabah)