AZ

Qəbələ İmişli ni qonaq edir

ain.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının 18-ci turunun ilk oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı komandası "İmişli"ni qəbul edir.

Meydan sahibləri düşmə zonasında yer aldığından bu matçın onlar üçün əhəmiyyəti çox böyükdür. Cəza səbəbindən bu görüşdə də texniki zonada yer almayacaq Kaxaber Tsxadadzenin komandası elitanın debütantı ilə qarşılaşmadan 3 xalla ayrılıb 2026-cı ildə ardıcıl ikinci qələbəni bayram etmək istəyir. Ötən tur "Araz-Naxçıvan"la "sülh" bağlayan qonaqlrın da meydana qalibiyyət üçün çıxacağı heç kimdə şübhə doğurmur. Bu, görüşdən kimin qalib ayrılacağını isə 90 dəqiqənin tamamında biləcəyik.

Qeyd edək ki, turun digər qarşılaşmaları sabah və bazar günü keçiriləcək.

Misli Premyer Liqası

II dövrə, XVIII tur 

17:00. "Qəbələ" - "İmişli"

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan QuliyevVAR: Əliyar AğayevAVAR: Rahil RamazanovHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Mübariz HüseynovQəbələ. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
sport24.az

2Mənbələr