ain.az bildirir, Modern.az portalına istinadən.
Ötən ilin dekabrından başlayaraq Azərbaycan-Ermənistan normallaşması çərçivəsində
Ekspertlər düşünürlər ki, məhz Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşıması üçün ən yaxşı yoldur və bərpa edilməlidir.
Bugünkü iclasında çıxışı zamanı Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin Arazdəyən-Sədərək dəmir yolu hissəsinə səfərini xatırladaraq qeyd edib ki, Rusiya balansında olan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə birləşdirən hissələrini (Qazax-İcevan, Arazdəyən-Naxçıvan-Culfa) təmir edəcək.
Maraqlıdır ki, bu yolun bərpası nə qədər vəsait tələb edir?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib ki, Bakı-Qazax-İcevan dəmiryolunun Ermənistan hissəsinin bərpası ilə bağlı fikirlər ümumi olaraq son 5 ildə zaman-zaman səslənir:
“Qazaxın Sofulu, Barxudarlı kəndləri hazırda Ermənistan nəzarətindədir. Azərbaycanın bu anklavları geri qaytarılmalı və bu istiqamətdə delimitasiyanı bitirmək vacibdir. Azərbaycan tərəfdən Qazaxdan Barxudarlıya qədər olan məsafə 18 kilometrdir. 18 kilometr dəmir yolu və 18 kilometr avtomobil yolunu Azərbaycan çox qısa zamanda bərpa edə bilər”.

Ekspert qeyd edib ki, Ermənistan tərəfində isə məsələ azacıq mürəkkəbdir:
“Çünki ərazidə torpaq sürüşmələri olub, müəyyən hissələrdə rels-şpal qəfəsi, kontakt şəbəkə demontaj olunub. Zamanında ən uzun region tuneli də oradaydı. Onun uzunluğu 8 kilometr 100 metr idi. Heç istifadə olunmadan konservləşmiş halda qalıb. Onların yenidən istifadəsindən öncə inspeksiya edilib, bərpa olunmalıdır. Ümumi olaraq layihə 500 milyon dollar dəyərində qiymətləndirilirdi. Lakin Rusiya tərəfi layihəni bu günə qədər icra etməyib. Məsələ açıq olaraq qalıb".
Ekspert Arazdəyən-Naxçıvan və Türkiyə ilə Gümrü-Qars dəmir yollarının Ermənistan hissəsi üçün 33 milyon dollar, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün isə 223 milyon dollarlıq tikinti-bərpa işləri görməli olduğunu bildirib.
"Bizim üçün ilk növbədə önəmli olan Zəngəzur dəhlizinin açılmasıdır. Niyyət var, çox güman bu il aktiv işlərə başlanılar. Paralel olaraq qeyd etdiyim kimi silsilə tədbirlər görülməlidir. Azərbaycan tərəfindən tikinti-quraşdırma işi ilə bağlı problem yoxdur. Digər tərəfdə bu Ermənistanın daxili məsələsidir, ya özləri, ya da konsessasiya verdiyi Rusiya dəmiryollarını inşa edəcək. Bunu isə zaman göstərəcək”.
Xatırladaq ki, Ermənistanın Azərbaycandan aldığı taxıl və yanacaq hazırda Gürcüstan vasitəsilə ölkə ərazisinə daxil olur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.