ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Finlandiya sərhəd keçidlərinin bağlanmasına baxmayaraq, 2025-ci ildə 4500-dən çox fin Rusiyaya daxil olub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” mövcud statistikaya istinadən məlumat yayıb.
“Onların təxminən yarısı (2038 nəfər) dövlət sərhədini piyada keçib. Daha 1826 finlandiyalı avtomobillə, 703 nəfər hava yolu ilə və dörd nəfər qayıqla gəlib”, – deyə bildirilib.
Məlumata görə, ötən ilin əvvəlindən bəri Rusiyaya ümumilikdə 4572 Finlandiya vətəndaşı daxil olub:
“Onlardan 1700-dən çoxu şəxsi, 1241-i işgüzar səfərlər, 1279 nəfər isə turist vizası ilə Rusiyaya gəlib”
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.