AZ

Skandinavların təmizlik sirləri: Evləri niyə həmişə səliqəli olur?

Skandinav ölkələrində — Norveç, İsveç və Danimarkada evlərin daim təmiz və səliqəli görünməsi bir çoxlarının diqqətini çəkir.


Pravda.az bildirir ki, bunun əsas səbəbi bahalı təmizlik vasitələri deyil, gündəlik həyat tərzinə çevrilmiş sadə və sistemli vərdişlərdir.


Skandinavlar evlərində minimalizmə üstünlük verirlər. Lazımsız əşyalar saxlanılmır, istifadə olunmayanlar ya bağışlanır, ya da evdən çıxarılır. Bu yanaşma toz yığılmasının və dağınıqlığın qarşısını alır.


Evlərdə əsasən qapalı dolab sistemlərindən istifadə olunur, açıq rəflərdə isə çox az əşya saxlanılır. Bu da həm vizual səliqə yaradır, həm də təmizliyi asanlaşdırır. Digər diqqətçəkən məqam isə evə daxil olarkən ayaqqabıların çıxarılmasıdır. Bu vərdiş çirk və tozun evə daşınmasını minimuma endirir.


Skandinav interyerlərində ağır pərdələr, iri xalçalar və çoxsaylı dekorativ tekstil məhsulları az istifadə olunur. Beləliklə, toz yığan səthlər azalır. Bundan əlavə, onlar böyük təmizlik günləri əvəzinə hər gün kiçik və davamlı təmizlik işləri görməyi üstün tuturlar.


Mütəxəssislərin fikrincə, bu yanaşma evlərin daim səliqəli qalmasını təmin etməklə yanaşı, gündəlik həyatda da rahatlıq yaradır.


Əminə Bayramova 

Tarix: 30 Yanvar 2026, 09:31   
Seçilən
0
8
pravda.az

9Mənbələr