
Ötən gecə UEFA Avropa Liqasının Liqa mərhələsinə yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, azərbaycanlı azarkeşlərin də yaxından izlədiyi Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Ruminyanın FCSB klubu ilə qarşılaşıb.
Görüş heç-heçə ilə başa çatıb – 1:1.
Bu nəticə ilə, “Fənərbağça” aktivinə daha bir xal yazdıraraq (12) 19-cu pillədə qərarlaşıb və pley-off mərhələsinə yüksəlib. “Sarı-lacivərtlilər”in bu mərhələdəki potensial rəqibləri Premyer Liqa təmsilçisi “Nottingem Forest” və Çexiya təmsilçisi “Viktoriya Plzen”dir.
FCSB isə 7 xalla 27-ci pillədə qərarlaşıb və UEFA Avropa Liqası ilə vidalaşıb.