AZ

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

"Far.Az" xəbər verir ki, tenderdə iştirak haqqı 18 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 54 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "Hesabat" MMC olub. Şirkətə 3,1 min manat ödənilib.

Seçilən
28
10
far.az

10Mənbələr