Gömrük Komitəsində general-mayor rütbəsi verilən şəxsin kimliyi ilə bağlı maraqlı məlumat yayılıb.
Belə ki, yayılan iddialara görə, Gömrük Komitəsində general-mayor rütbəsi verilən 34 yaşlı Fuad Məmmədov BP-nin vitse-prezidenti Elxan Məmmədovun oğludur.
Xəbər verilir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və vəzifə təyinatının şəxsi əlaqələrlə bağlı olub-olmaması barədə müxtəlif fikirlər səsləndirilir. /Globalinfo.az/