Türk klassik musiqisinin divası Bülent Ersoyun açıqlaması yenidən gündəmə gəlib.
Məlumatlara görə, Bülent Ersoyun yalnız İstanbulda 28 mənzili var. Bundan başqa, sənətkarın Türkiyənin müxtəlif bölgələrində yerləşən dörd ultra-lüks villaya sahib olduğu bildirilir. Ersoyun investisiyaları təkcə daşınmaz əmlakla məhdudlaşmır. Onun Marmarisdə dəniz kənarında yerləşən şəxsi adaya sahib olduğu, Fəthiyədə yanacaqdoldurma məntəqəsinin, İstanbulun Fənərbaxça səmtində isə özəl sauna biznesinin olduğu qeyd olunur.
Eyni zamanda, Bodrum, Antalya və İzmirdə yay evləri olduğu bildirilən Bülent Ersoyun nağd pul və zinət əşyalarının ümumi dəyərinin 60 milyon dolları keçdiyi vurğulanıb. Qeyd olunur ki, bu sərvət türk klassik musiqisinin divasının uzun illər ərzində davam edən uğurlu sənət karyerası və doğru investisiya seçimlərinin nəticəsidir./Sfera.az