AZ

İrana yeni böyük zərbələr endirəcəyik - Tramp

Vaşinqton və Tehran arasında İranın nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı ilkin danışıqlarda irəliləyiş əldə olunmadıqdan sonra Prezident Donald Tramp İrana yeni böyük bir zərbə endirmək barədə düşünür.

Bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Qeyd edək ki, Trampın son təhdidləri Tehran tərəfindən qəzəblə qarşılanıb və Tehran ABŞ-ın istənilən hərbi əməliyyatına dərhal cavab verəcəyinə söz verib. İranın ali rəhbəri ayətullah Əli Xameneinin baş müşavirlərindən biri hücum baş verəcəyi təqdirdə İsrailin hədəf alınacağı ilə hədələyib.

Seçilən
15
yenilik.az

1Mənbələr