Yeni ildə yeni qələbələr gözləyir bizi
"Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi".
İlham ƏLİYEV
"Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür".
İlham ƏLİYEV
"Biz "Böyük qayıdış" proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır".
İlham ƏLİYEV
İllər də qatar kimidir.
Öz yükünü daşıyıb aparır...
İllər də qatar kimidir.
Getdisə, nə dayanır, nə də geri dönür...
Daha bir ilimiz qatara dönərək bizdən uzaqlaşır, qərinələrə və əsrlərə qovuşur.
Elə ki, bizdən aralanaraq gedir, nə əlimiz ona çatır, nə də onu dəyişə bilirik.
Çünki dönüb olur tarixin bir parçası.
2020-ci ildən bəri bizdən ayrılan, tarixə çevrilən hər il möhtəşəm bir qələbə ilə yadda qalır.
* Ən böyük arzumuza qovuşmuşuq!
* Ən əlçatmaz istəyimizə yetmişik!
İndi isə yenidən illərlə həsrətini çəkdiyimiz el-obamıza qayıdaraq uzun bir dövrün ağrı-acılarını unudur, doğma yurdda dövlətimizin bizə səxavətlə bəxş etdiyi yeni evlərdə və mənzillərdə xoşbəxt və sevincli günlərimizi yaşayırıq.
***
Yola saldığımız 2025-ci ildə 44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u sayəsində qazanılan şanlı qələbənin beşinci ildönümünü də qeyd etdik.
* Dostlarımızla, qardaşlarımızla, bizi istəyənlərlə birlikdə!
* Dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın milli birliyini nümayiş etdirməklə!
Bu, bizim zəfərdir, bizim qələbədir, bizim sevincimizdir!
Hamı ilə səxavətlə bölüşməyə hazırıq!
Elə bölüşürük də!
Gəlin birlikdə geriyə boylanaq...
***
Ötən əsrin sonlarında qırmızı imperiyanın parçalanma prosesinin başlanması SSRİ-yə daxil olan respublikaların müstəqillik arzusunun gerçəkləşməsinə də imkan yaratdı.
Xalqımız da əsrin əvvəllərində sovet rejiminin hərbi təcavüzü nəticəsində müstəqillikdən məhrum olan Azərbaycan Xalq Cümhuriyyətinin yenidən dirçəldilməsi istəyini ortaya qoydu.
Lakin çox ciddi çətinliklər də mövcud idi!
Əvvəla, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanı mərkəz heç vəchlə əldən buraxmaq niyyətində deyildi.
Odur ki, ehtiyatda saxladığı "Qarabağ münaqişəsi" adlı məkrli planını yenidən dövriyyəyə qaytardı.
Digər tərəfdən, Azərbaycan xalqı əsl rəhbərindən, dünyaşöhrətli siyasətçi Heydər Əliyevdən ayrı düşdüyündən öz niyyətini gerçəkləşdirmək imkanına malik deyildi.
Həmin dövrdə Azərbaycana maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz, ən əsası, şəxsi maraqlarını daim hər şeydən üstün tutanlar başçılıq etdiklərindən arzunun gerçəkləşdirilməsi mümkün görünmürdü.
Elə də oldu!
Naşıların, qorxaqların və təcrübəsizlərin səhvləri ucbatından Azərbaycan nəinki dövlət müstəqilliyi qazandı, əksinə, Qarabağ və üstəlik ona bitişik yeddi rayon da Ermənistan tərəfindən işğal olunaraq itirildi.
Havadarlarının köməyi ilə belə bir uğura nail olan ermənilər bunu lovğalıqla özlərinin "məğlub-edilməz xalq", ordularının isə "məğlubedilməz ordu" olması ilə izah edirdilər.
Dünya erməniliyinin satın aldığı beynəlxalq təşkilatlar, bir sıra dövlətlərin siyasətçiləri və parlament üzvləri isə separatçıları açıq-aşkar müdafiə edir, beynəlxalq hüququn və BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin ayaqlar altında qalmasına göz yumurdular.
Qurtuluş missiyası baş tutandan, xalq öz sevimli rəhbəri Ulu Öndər Heydər Əliyevə qovuşandan sonra torpaqların işğaldan azad olunması üçün uzun bir yol qət etmək lazım gəldi!
***
Azərbaycanı xaos, anarxiya və özbaşınalıq bataqlığından qurtaran, ölkədə möhkəm və dönməz sabitlik yaradan, müstəqilliyimizi əbədiliyə çevirən Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşandan sonra bu missiyanı onun ən layiqli siyasi varisi cənab İlham Əliyev yerinə yetirməli oldu!
Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti sayəsində tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldildi, yeni gənclər nəsli tərbiyələndirilərək onların iştirakı ilə möhtəşəm ordu quruldu, ordu ən yeni texnologiyalara əsaslanan müasir silahlarla silahlandırıldı.
Uzun müddət davam edən bu dövrdə isə ermənilər özlərini işğal etdikləri torpaqların sahibi kimi aparır, sülh danışıqlarını əsassız surətdə uzadaraq Azərbaycanda dünyaya gələcək yeni nəslin Qarabağ uğrunda döyüşməyəcəyini, torpaqların işğalını unudacaqlarını və "yeni reallıqlar"la barışacaqlarını güman edirdilər.
Hətta o qədər qudurmuşdular ki, ərazimizdə "Artsax respublikası" adlı qondarma qurum yaradaraq müntəzəm saxta seçkilər keçirir, oyuncaq "prezidentlər", "parlament üzvləri", "xarici işlər nazirləri" seçərək onların xarici ölkələrə səfərlərini təşkil edirdilər.
ATƏT-in Minsk qrupu isə "turist səfərləri" ilə baş qatır, ermənipərəst mövqe nümayiş etdirirdi.
Nəhayət, düşmənin azğınlığına, beynəlxalq təşkilatların ikiüzlü siyasətinə son qoymaq vaxtı gəlib çatdı!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u işə düşdü!
Dünya birliyinin 30 ildə edə bilmədiyini cənab İlham Əliyev 44 gündə həyata keçirdi!
Həm də böyük şücaət və qəhrəmanlıqla, möcüzəvi bir şəkildə!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatiya sahəsində və informasiya müharibəsində də acınacaqlı məğlubiyyətə uğratdı!
Bütün xahiş-minnətə, yalvarışlara baxmayaraq, düşmən öz qoşunlarının Azərbaycan ərazisindən çıxarılması qrafikini təqdim etməyənə qədər hərbi əməliyyatları dayandırmadı.
Böyük itkilər verən, 12 min əsgəri fərarilik edən Ermənistan İlham Əliyevin bütün şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.
Hələ məsələ bununla da bitmədi.
* 2023-cü il aprelin 23-də ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
* 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatı nəticəsində dövlət suverenliyi və konstitusiya əsasları təmin edildi.
* 2024-cü il iyunun 12-də isə Rusiyanın sülhməramlı kontingenti ərazimizi birdəfəlik tərk etdi.
Baş verənlərdən başını itirən Ermənistan rəhbərliyi çıxış yolunu üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməkdə, yenidən köhnə dostlarına və "ənənəvi havadarları"na güvənərək nəyinsə dəyişə biləcəyinə boş ümidlər bəsləməkdə görürdü.
8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti D.Trampın iştirakı ilə keçirilən görüşdə imzalanan sənədlər Azərbaycanın zəfərinin geridönməz olduğunu bir daha ortaya qoydu!
Ermənistanın Baş naziri N.Paşinyanın imzaladığı sənədlər ikili oyun oynamağın və geriyə dönüşün mümkünsüzlüyünü bir daha əyani şəkildə təsdiq etdi.
ATƏT-in Minsk qrupunun dekabrın 1-də öz fəaliyyətini dayandırmaq barədə qəbul etdiyi qərar isə ermənilərin bəzi məkrli niyyətlərinin üstündən yenidən qara bir xətt çəkmiş oldu.
* Azərbaycan qalibdir və qələbəsini sonadək həyata keçirməyə qadirdir!
* Nə maliyyə yardımı, nə də kimlərinsə Ermənistana aşkar və gizli dəstəyi nəyisə dəyişə bilər!
* Azərbaycanın iradəsi əsasında Cənubi Qafqazda sülh də yaradılacaq, Zəngəzur dəhlizi (TRIPP) də işə salınacaq, bölgədə söz sahibi olan ölkəmiz hamıya fayda gətirən Orta dəhliz layihəsini işə salmaqla istəklərinə sonadək çatacaqdır!
vvv
Artıq "miatsum", "dqr", "Artsax respublikası" kimi sayıqlamalar, iddialar, onlara nail olmaq üçün törədilən qanlı əməllər və min bir oyunbazlıqlar arxada qalıb.
Azərbaycan atalar sözündə deyildiyi kimi, "o babanız öldü"!
İndi tarixin təzə səhifəsi açılıb!
Bu səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində "dəmir yumruğ"u ilə açdı!
Bizdən aman diləyərkən, "dost-tanışları"nı hərbi əməliyyatların dayandırılması üçün minnətçi salarkən ermənilər anlamışdılar ki, müharibə daha 44 gün də davam etsə, aqibətləri necə olacaq.
Azərbaycan qalib olaraq, güclü olaraq sülh istəyir!
Onun özgə torpaqlarında gözü yoxdur!
Öz torpaqlarının isə bir qarışını belə kimsəyə güzəştə gedən deyil!
Necə ki getmədi və ərazilərini işğaldan tam azad etdi!
Bu gün ağlı başında olanlar tam dərinliyi ilə anlayırlar ki, sülh bizdən daha çox ermənilərə gərəkdir.
N.Paşinyan demişkən: "Mifik Ermənistan"ın dalınca düşsəniz, "real Ermənistan"dan məhrum olacaqsınız!
Yeganə çıxış yolunuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü bütün şərtləri dəqiqliklə yerinə yetirməkdir.
Artıq anlamaq məqamıdır: keçmiş babanız da öldü, o qatar da getdi!
***
2025-ci ili həm də Ermənistanın puça çıxan ümidləri ili də hesab etmək olar.
* "Dəmir yumruq" bütün "uğur", "qələbə", "əbədilik" hesab olunan "reallıqlar"ı puça çıxardı.
* "Bəlkə də qaytardılar" niyyəti mənasız gözləntilərdən başqa bir şey deyil.
* Heç bir kənar müdaxilə xülyası ilə də kiminsə nəyisə dəyişəcəyinə inanmaq axmaqlıqdır.
Getdi o günlər.
Getdi o qatar.
***
İşğal dövründə erməni təbliğatı Qarabağın haylara məxsusluğunu, "qədim erməni torpağı" olduğunu yorulmadan, utanmadan söylədi, təbliğ etdi.
Amma Qarabağda və Şərqi Zəngəzurda olduqları müddətdə özlərini "torpağın sahibi" kimi yox, qaçaq-quldur kimi apardılar:
* Əvvəlcə qoyub gəldiyimiz ev-eşiyi, əmlakımızı qarət etdilər.
* Sonra hazır evləri söküb-dağıdaraq daş, dəmir, taxta, şüşə materiallarını İran bazarlarında satıb pul qazandılar.
* Yaşayış məntəqələrini xarabalıqlara, "ruhlar şəhəri"nə çevirdilər.
* Hər şeyi dağıdaraq, dinc əhaliyə belə rəhm etməyərək urbisid, genosid, ekosidlər törətdilər.
* Qarabağ bomboş, sahibsiz və sakinsiz qaldı.
* "Qədim torpağ"ın "qədim sakinlər"i isə özlərininki adlandırdıqları yerlərdə yaşamadılar, yenə də qaraçılar kimi dünyaya səpələnərək günləri xoş keçən yerləri özlərinə "vətən" seçdilər.
Çünki xislətləri belədir.
İndi isə nə vaysınmağa, nə ağlamağa, yaxud nəyəsə boş ümidlər bəsləməyə dəyər.
***
Bəli, qatar getdisə, dayanmaz!
Qatar stansiyadan aralandısa, əlin çatmaz!
Nə qədər çağırsan da, arxasınca qaçsan da, faydası olmaz!
Bu gün Azərbaycan qüdrətli, nəhəng bir qatara bənzəyir!
Bu qatar öz yükünü uğur və nailiyyətlərlə, qələbə və zəfərlərlə tutub!
Vaxtilə onun yükünə sahib çıxmağa, relslərini dağıtmağa, yolundan sapdırmağa çalışanlar çox oldu!
Hətta müəyyən dövrdə bəzi uğurlar da qazana bildilər...
Amma bu qatarın əsl sükançıları öz yerlərini tutduqdan, sürəti artırdıqdan sonra əlləri boşda qaldı.
Çünki qatar yola çıxmazdan əvvəl ona yeni yollar çəkilərək polad relslər döşənmişdi, qəlbi vətənə məhəbbətlə dolu sərnişinlər tərbiyələndirilmişdi, mənzilbaşına rahat və təhlükəsiz çatması üçün körpülər qurulmuş, tunellər qazılmış, müasir stansiyalar inşa olunmuşdu.
Bu qatarla düşmənçilik edənlər, ona zərər yetirmək istəyənlər də vardı.
Cavablarını "dəmir yumruq"la aldılar!
Orduları diz çökdürüldü!
Özləri rəzil vəziyyətdə kapitulyasiya aktını imzaladılar.
Dediklərinin arxasından qaçmağa, sözlərindən dönməyə cəhd etsələr də, heç bir faydası olmadı.
Azərbaycan Prezidenti İlham Əliyev bütün istəklərini həyata keçirdi!
Azərbaycan Prezidenti İlham Əliyev bütün şərtlərini düşmənə qəbul etdirdi!
Azərbaycan Prezidenti İlham Əliyev nə istəyirdisə, necə və nə vaxt istəyirdisə, hamısını reallaşdırdı!
Məğlubiyyət illərindən Zəfər tarixinə keçid etdi!
Öz xalqını yurdsuzluqdan, Vətən həsrətindən qurtardı!
İndi yeni möcüzələr yaradır, Qarabağı, Şərqi Zəngəzuru cənnətə çevirir!
Düşmənlər isə yalnız arxamızca baxırlar.
Daha əlləri heç hara, heç nəyə çatmır.
Sürətlə irəliləyən qatarın arxasınca həsədlə baxa-baxa qalıblar.
Bəxtiyar SADIQOV