AZ

Avropa Birliyindən Ukraynaya yeni yardım paketi

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Birliyi (AB) Komissiyası, Rusiyanın enerji infrastrukturunu hədəf alan hücumları səbəbindən sərt qış şərtləri ilə üzləşən Ukraynaya və ukraynalı qaçqınlara ev sahibliyi edən Moldovaya ümumilikdə 153 milyon avro təcili humanitar yardım ayıracaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Komissiyanın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, təcili ehtiyaclara cavab olaraq Ukraynaya 145 milyon avro, ölkədən qaçan ukraynalı qaçqınlara ev sahibliyi edən Moldovada humanitar proqramlar üçün isə 8 milyon avro ayrılıb.

AB-nin böhranların idarə edilməsi üzrə Komissarı Hadja Lahbib açıqlamasında bildirib ki, milyonlarla ukraynalı donma temperaturunda elektrik və istiliksiz qalıb, əsas yaşamaq vasitələrindən məhrumdur.

Qeyd edək ki, Avropa Komissiyası 2022-ci ilin fevral ayından Ukrayna və Moldovada humanitar yardım proqramları üçün 1,4 milyard avrodan çox vəsait, eyni zamanda Ukraynanın enerji təhlükəsizliyi üçün 3 milyard avro ayırıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
3
525.az

5Mənbələr