AZ

Məşhur iş adamının cəsədi tapıldı

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Milana mərkəzində bir otelin yaxınlığında ukraynalı iş adamı və bankir Aleksandr Adarıç ölü vəziyyətdə tapılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Il Giorno" nəşri məlumat yayıb.

Məlumata görə, faciəvi hadisə yanvarın 23-də baş verib. Bildirilir ki, Adarıçin qaldığı otel otağı başqa bir şəxsin adına bron edilmiş olub.

Qeyd olunub ki, oteldən Adarıçin olduğu zaman iki naməlum şəxs sürətlə çıxıb.

“Ukraynalının şəxsi məlumatları oteldə tapılan üç şəxsiyyət vəsiqəsindən birindən əldə olunub: bütün sənədlərdə eyni fotoşəkil, yəni Adarıçin şəkli olub, amma fərqli milliyyət və adlarla təqdim edilmişdi”, - deyə nəşr yazır.

Hazırda 54 yaşlı iş adamının ölüm səbəbi araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
3
olke.az

10Mənbələr