Çeçenistan rəhbəri Əmirliklərin çətin dövrlərdə də göstərdiyi diqqəti qardaşlıq münasibətlərinin nümunəsi adlandırıb...
Poliqon xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Çeçenistana hər zaman səmimi və əhəmiyyətli dəstək göstərdiyini bildirib. O, bu barədə Telegram kanalında paylaşım edib.
“Çeçenistan Respublikasında hər zaman Birləşmiş Ərəb Əmirliklərinin səmimi və mühüm dəstəyini hiss etmişik. Bu yardım və diqqət, o cümlədən çətin dövrlərdə göstərilən münasibət hörmətə, etimada və qarşılıqlı dəstəyə əsaslanan əsl qardaşlıq əlaqələrinin bariz nümunəsidir”, deyə paylaşımda vurğulanır, Ramzan Kadırov bildirib.
Qeyd edək ki, yanvarın 29-da Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinlə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında Kremldə keçirilən danışıqlarda iştirak edib. Respublika rəhbəri bu görüşü iki ölkə arasında ikitərəfli əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsinin növbəti sübutu kimi qiymətləndirib.
Danışıqlar zamanı Rusiya və BƏƏ prezidentləri hərtərəfli Rusiya–Əmirliklər əməkdaşlığının əsas istiqamətlərinə diqqət yetiriblər. Görüşdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiya layihələri və humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Poliqon.info