AZ

Türkiyədə neft emalı zavodunda partlayış baş verib

Kocaeli vilayətinin İzmit şəhərində yerləşən Tüpraş NQZ-də insident qeydə alınıb...

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində yerləşən Tüpraş neft emalı zavodunda (NQZ) partlayış baş verib.

Poliqon xəbər verir ki, bu barədə Yeni Şafak qəzeti məlumat yayıb.

Məlumata görə, partlayışdan dərhal sonra hadisə yerinə yanğınsöndürənlər və fövqəladə hallar üzrə operativ briqadalar cəlb olunub. Təhlükəsizlik tədbirləri gücləndirilib, ərazi nəzarətə götürülüb.

Nəşr qeyd edir ki, insident nəticəsində xəsarət alan olmayıb. Zavod rəhbərliyi və yerli qurumlar vəziyyətin nəzarət altında olduğunu, istehsalatın təhlükəsizliyi ilə bağlı müvafiq araşdırmanın aparıldığını bildiriblər. Partlayışın səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, oxşar hadisələr 2025-ci ilin oktyabrında Macarıstan və Rumıniyada da qeydə alınmışdı. Həmin vaxt Rusiya neftinin emalı ilə də məşğul olan bir sıra NQZ-lərdə partlayışlar baş vermişdi. Söhbət Rumıniyanın Ploeşti şəhərində yerləşən Petrotel-Lukoil zavodundan (Rusiya “Lukoyl” korporasiyasının törəmə şirkəti) və Macarıstanın Sazhalombatta şəhərində fəaliyyət göstərən MOL şirkətinə məxsus zavoddan gedir. Sonuncu Macarıstanın ən iri neft emalı müəssisələrindən biri hesab olunur.

Poliqon.info

Seçilən
97
10
poliqon.info

10Mənbələr