AZ

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq?

Yeni qaydalara uyğun olaraq məzuniyyətə gedərkən işçiyə veriləcək əməkhaqqının hesablanma qaydasına aydınlıq gətirilib.

Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri ARAZ FM-ə müsahibəsində Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən dəyişikliyi şərh edib.

Onun sözlərinə görə, dəyişiklik ondan ibarətdir ki, əmək məzuniyyətində olarkən işçinin iş yeri vəzifəsi və sonuncu əməkhaqqıdan az olmamaqla orta əməkhaqqının saxlanılmasını nəzərdə tutur.

"Burada əsas məsələ "sonuncu əməkhaqqı"ya aydınlıq gətirilməsi ilə bağlıdır. Sonuncu əməkhaqqı dedikdə şəxsin tariflər çıxılmaqla əldə etdiyi maaşdan yox, əmək müqaviləsində müəyyən edilmiş məbləğdən (tarif maaşı, əlavələr və mükafatlar daxil olmaqla-red.) söhbət gedir.

Seçilən
1
10
publika.az

10Mənbələr