AZ

Cəsarət Hüseynzadə: Cənubi Qafqazda sülhün əsas təşəbbüskarı Azərbaycandır

Cənubi Qafqazda sülhyaratma prosesinin aparıcı qüvvəsi məhz Azərbaycandır.

QHT.az xəbər verir ki, bu fikri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi regionda dayanıqlı sülhün qurulmasına real töhfə verir.

QHT sədri Azərbaycanın beynəlxalq platformalarda dialoq və əməkdaşlığı təşviq edən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb:

"Azərbaycanın münaqişə sonrası bərpa və yenidənqurma təcrübəsi dünya üçün nümunəvi modeldir və bu təcrübə beynəlxalq sülh təşəbbüslərində ölkəmizin rolunu daha da gücləndirir".

Seçilən
41
qht.az

1Mənbələr