AZ

Ermənistan vətəndaşı Potidə gürcüstanlını bıçaqladı: 7 il həbs cəzası alacaq

Gürcüstanın Poti şəhərində 1989-cu il təvəllüdlü Ermənistan vətəndaşı saxlanılıb.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o Gürcüstan vətəndaşını bıçaqlamaqda şübhəli bilinir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şifahi mübahisə zamanı Ermənistan vətandaşı 1976-cı il təvəllüdlü Gürcüstan vətəndaşını bıçaqla yaralayıb və hadisə yerindən qaçıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə iş açılıb. Bu maddə üzrə həmin şəxsi 7 ilədək həbs cəzası gözləyir.

Seçilən
0
2
konkret.az

3Mənbələr