AZ

Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsi baş tutub » AzadMedia.az

Rusiya

Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsi baş tutub

Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirib.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, mübadilə zamanı Ukrayna tərəfinə 1 000 ukraynalı hərbçinin meyiti təhvil verilib, Rusiya isə 38 hərbçisinin meyitini geri alıb.
Qeyd edək ki, sonuncu oxşar mübadilə ötən il noyabrın 20-də baş tutmuşdu. Həmin vaxt Rusiya Ukraynaya 1 000 hərbçinin meyitini vermiş, qarşılığında isə 30 rus hərbçisinin meyitini almışdı.

Bundan əvvəl isə oktyabr ayında tərəflər arasında 1 000-ə 31 nisbətində meyit mübadiləsi həyata keçirilmişdi.

Seçilən
43
27
azadmedia.az

10Mənbələr