AZ

Lavrov İrandan danışdı: Ərdoğanla birlikdə…

Rusiya İran ətrafında vəziyyətin gərginləşməsinin qarşısını almağa kömək etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Moskva yeni bir eskalasiyanın qarşısının alınmasında maraqlıdır.

“Yayda baş verən və 12 gün davam edən müharibə zamanı MAQATE-nin nəzarətində olan nüvə obyektləri bombalanıb. Biz növbəti belə gərginliyin qarşısını almağa kömək etməkdən məmnunluq duyarıq. Hazırda İrana qarşı yeni hücumun qaçılmaz olacağına dair çoxsaylı proqnozlar səsləndirilir. Lakin sağlam düşüncə və təmkinin üstün gələcəyinə ümid edirik”, – Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri həmçinin Rəcəb Tayyib Ərdoğanın da vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çağırdığını və Türkiyənin vasitəçilik etməyə hazır olduğunu diqqətə çatdırıb.

“Bu və bir çox digər məsələlərdə mövqelərimiz yaxındır”, – deyə Lavrov əlavə edib.

Lavrov bildirib ki, Rusiya və Türkiyə uzun müddətdir Suriya kürdlərinin ölkənin siyasi həyatına inteqrasiyası ilə bağlı proseslərə start verib və bu, hazırda reallaşmağa başlayır.

Nazirin sözlərinə görə, müasir Suriyada Moskva ilə Ankara arasında əvvəldən planlaşdırılan təşəbbüslər icra mərhələsinə qədəm qoyur. Söhbət kürdlərin siyasi həyata, güc strukturlarına, o cümlədən Suriya Ərəb Respublikasının ordusuna cəlb edilməsindən gedir.

“Biz türk dostlarımızla birlikdə çoxdan planlaşdırdığımız proseslərin müasir Suriyada həyata keçirilməsinə başlayırıq. Burada kürdlərin siyasi həyata, güc strukturlarına, Suriya Ərəb Respublikasının ordusuna inteqrasiyasını nəzərdə tuturam. Bütün nüanslara və yanaşmalardakı fərqlərə baxmayaraq, Rusiya və Türkiyə Suriya məsələsində daim ortaq mövqelər tapmağı bacarıb”, – Lavrov yekunlaşdırıb.***Globalinfo.az

Seçilən
49
41
konkret.az

10Mənbələr