AZ

Hansı cərimələrin ödətdirilməsi birbaşa əmək haqqına yönləndiriləcək?VİDEO

Qüvvədə olan qanunvericiliyə əsasən, məhkum ona məhkəmə qaydasında təyin edilən cəriməni müəyyən olunan müddətdə ödəmədikdə, icra ilk növbədə onun xüsusi və ya ümumi mülkiyyətində olan əmlakına yönəldilirdi.

Xezerxeber.az-ın xəbərinə görə, yalnız həmin əmlak olmadıqda və ya cəriməni tam ödəməyə kifayət etmədikdə tutulmalar əmək haqqına və ya digər qazanca tətbiq olunurdu.

Praktikada isə bu mexanizm ciddi problemlər yaradırdı. Nisbətən kiçik məbləğli cərimələrə görə yüksək dəyərli əmlaka həbs qoyulması, uzunmüddətli hərrac prosesləri və əlavə xərclər həm icra prosesini ləngidir, həm də narazılıqlara səbəb olurdu.

Məhz bu problemlərin aradan qaldırılması məqsədi ilə dəyişiklik layihəsi parlamentə təqdim edilib. Layihə artıq hüquq siyasəti və dövlət quruculuğu komitəsində birinci oxunuşdan keçərək plenar iclasa tövsiyə olunub. Lahiyəhə əsasən, cərimənin icrasında ardıcıllıq dəyişdirilir. Yeni mexanizm icra prosesinin daha çevik və ədalətli olmasını hədəfləyir.

Təklif olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə, satış halları minimuma endiriləcək, icra prosesləri isə daha operativ aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
xezerxeber.az

1Mənbələr