Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Vaşinqton, 29 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Meksika Prezidenti Klaudiya Şeynbaumla telefonla danışıb.
AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenti danışığın məhsuldar keçdiyini və əsasən sərhəd, narkotik satışının qarşısının alınması və ticarətin müzakirə olunduğunu deyib.
O, danışığın tezliklə yenidən baş tutacağını və görüşlər keçiriləcəyini əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.